Məzmuna keç

Qələm arqadaşım Kefsizə

Vikimənbə saytından
Qələm arqadaşım Kefsizə
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Gəlesən, dilbir edib xəlqə mətəl yazmıyalım,
Tapalım kandimize başqa əməl, yazmıyalım.
Atalım, boşluyalını, şerü qəzəl yazmıyalım,
Hər kəsin öz ürəyi, hər nece istər etsin,
Nəyİ xoşlarsa onun qoy dalısınca getsin.

Senlə mən ne edə bİHik bu qədər məxluqə,
Ya sözü ciddi yazaq, ya çevirek şuxluqə,
Hey çalış, hey çabala, baxma vara, yoxluqə,
Yazasan, yazmıyasan, bir kəsə təsır elemez,
Çox soyuqdur bu dəmir, döyme ki, təğyir eləməz.

Belə bir qövm ki, daim sənİ təhqir eliyir,
Nə deyirsənsə onu tərsinə təbir eliyir,
Axtarır cüzi bəhanə səni tekfır eliyir,
Belə bir vəhşi cemaetle bacarmaqmı olar?
Çox damşsan tükünü küçədə, meydanda yolar.

Nə işin var yazasan mollam rüsvay edəsən,
Bəyi, xanı, ağanı rəncbəre tay edəsən,
ƏzəJer baş-qulağın, başlayıb ax-vay edəsən,
Qorx o gündən ki, sene Qaxqulu bəy bir şər ata,
Düşəsən sən qalaya, müddəiier kamə çata.

Dİnmə, hər kimsə qoy olsun öz işində azad,
Birı istər özünə gündə qoy alsm arvad,
Yazma, heç vaxt eləmə xalqı özündən naşad,
Necə məşhur deyİbler atalar “Ərdəbili”,
Hər kəs olsun gərək aləmdə özü öz vəkili.

Bizə no borcdu Bakı konsulu her cür dolamr,
Çağırır xalqı qonaq evlərinə qartı sahr,
Qumar oynatdırıban yerdaşım kəndi alır,
Eybdir, xalqa dolaşmaqlığım qoy qırağa,
Demə böhtan kişiyə, bir sola bax, bir də sağa.

Belə yazdıq ki, cəmaət bizə bədxah oldu,
Həmi bizdən, həmi məcmuədən İkrah oldu,
Dalımızca o qədər qarğış olub ah oldu,
İrəvanda bir igid indi çıxıb meydanə,
“Molla Nəsrəddin” i qoymur ki, gede İrəvanə.

Hansı məclisdə düşür bİzləri bednam eliyir,
Jumala, kəndimizə nifrətin elam eliyir,
İrəvan ehli ona çox böyük ıkram eliyir,
Çünki qatildi, qoçaqdı, lotudu, şohrətİ var,
İrəvanda bu cür əşxasların hörməti var,

  • “Molla Nəsrəddin", 5 aprel 1913, N 11