Məzmuna keç

Qəlbim üstündən, gülümü dərməyin

Vikimənbə saytından
Qəlbim üstündən, gülümü dərməyin! (1995)
Müəllif: RAUF CAVAD

Mən ölərkən, qəbrimə gül sərməyin,
Qəlbim üstündən gülümü dərməyin!

Dayanıb şux baxar üzümə gülüm,
Sevgidən ötrü sözümü əyməyin.

Qırmayın nə olar ümidlərimi,
Güllərə əl tutun, küskün-etməyin.

Göz bəbəyim, güllər eşq, sevgi nurum,
Qılın səcdə, qəlbimi incitməyin.

Bəsləyin gül, gün gələr sevinc olar,
Məhəbbət gülə bənzər, pis görməyin.

Nifrət dərindir, əzabı zəhərdir!
Etməyin kin! Küdurət bəyənməyin!

Qəlbi dilə gətir, gəlsin ümidə,
Zay etmə nəfsi! İfunət yeməyin.

Viranə qalıb gör nə qədər aləm,
Vermə əzab! Əman qarə geyməyin.

Düşmənə əymə boyun , qal vüqarlı!
Olma zülmə zalım-əsir, sevməyin.

Silah-sursat anbarı, beyni qıcıq,
Nə badə yaxın bilib dinləməyin.

Dostu düşmən görən gözü kor, ayıl,
Bilmə nadanı dost! Gəl gül sevəyin!

Rauf sənə bəslədim ümid-sevgi,
Dostdur nəfsi-gül dostun, söz Dinləyin!