Qəlbimdə yarə salıb nazın, ey nazlı Hicran

Vikimənbə saytından
Qəlbimdə yarə salıb nazın, ey nazlı Hicran (1997)
Müəllif: RAUF CAVAD

Qəlbimdə yarə salıb nazın, ey nazlı Hicran,
Ağrıdır nazın xəlvət məni, gəl sənə Heyran.

Olsa əgər uzun bu naz hörəcək qəlbimi,
Gəl Nazım etmə bu qədər naz, nazına qurban.
 
Sənsizlik yıxır, nazın da yar, yandırır məni,
Gəl nazlı Dilbərim olam söhbətinə seyran.

Gəlməsən görüşə, öldürəcək həsrət məni,
Çəkir əziyyət bu can, kaşki bilsən ey Canan.

Qəribdi bu sevda düşüb çöli-biyabanə,
Məcnun da olub divanə, Leyla sorağından.

Olsa bir güman yeri gəzib-dolanar qərib,
Bəlkə bulunar dərdə dərman, söylə ey Loğman.

Axtarsan nə qədər o gül-nazı bulamazsan,
Gələr bahar fəsli, açılar lalə-nərgiz-can.
 
Gəl gör ki, can, bu can olmuş nazından əvarə,
Söylər Rauf eşqini bu gün ağrı-acıdan.
           ...Müəllif:Rauf Cavad