Qəm yemə, səbr et, bu da yahu keçər
Görünüş
Qəm yemə, səbr et, bu da yahu keçər Müəllif: Əli bəy Hüseynzadə |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Zülməti-şər bulsa da bir dəm zəfer,
Pərtövə hökm etsə də zülmət əgər,
Sönsə də ənvari kəmali hünər,
Qəm yemə, səbr et, bu da yahu keçər.
Haqqü ədalətdən əsər yoxsa da,
Xarisi-qanun bir ər yoxsa da,
Zülm edənə qarşı süpər yoxsa da,
Qəm yemə, səbr et, bu da yahu keçər.
Millətə, milliyyətə, hürriyyətə
Aşiq olan uğrasa da möhnətə,
Yarü vətən düşsə də gər qürbətə
Qəm yemə, səbr et, bu da yahu keçər.