Qəmi-fəraqın ilə dərdnak olub gedərin
Görünüş
Qəmi-fəraqın ilə dərdnak olub gedərin Müəllif: Sadıq bəy Əfşar |
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.65. |
Qəmi-fəraqın ilə dərdnak olub gedərin,
Nə dərdnak ki, qəmdin həlak olub gedərin.
Gedərlərsə cünun əhli-çakpriahən,
Yəbanə söyləmə, min sinəçak olur gedərin.
Yakarsa hicr odu aludə cismimi, nə ziyan
Ki, vəsl uçmağına safü pak olub gedərin.
Rəqib tə'ni gidərməz məni, məazüllah,
Demə bu mərəkədən zəxmnak olub gedərin.
Qapında böylə ki, qəm payimaliyəm, bilürin
Ki, aqibət rəhi-şövqində xak olub gedərin.
Vida vəqtidür, ey müddəi, cünunimi gör,
Saqın, saqın, yenə bitərsü bak olub gedərin.
Nə dövri-xasdur, ey Sadiqi, bu kim, məni-məst,
Gəlüb təmani-hünər, eybnak olub gedərin.