Qəmi-hicraninə müşküldü, gözüm, tab eləmək

Vikimənbə saytından
Qəmi-hicraninə müşküldü, gözüm, tab eləmək
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 105

Qəmi-hicraninə müşküldü, gözüm, tab eləmək,
Ey gözün sədqəsi, tez gəl, yetər itnab eləmək.

Qəmzə peykanı ilə ver bir içim ab mənə,
Əməli-xeyridi bir təşnəni sirab eləmək.

Sənsiz, ey məh, gecədən sübhə qədər bidaram,
Haram olsun mənə sənsiz gecələr xab eləmək.

Sənə xidmətdəki rəftarı dürüst olmazsam,
Fərzidir zülfi-kəcin boynuma qüllab eləmək.

Qabu-qövseyn qaşın fikrinə könlüm düşəli,
Dəxi fikrimdə deyil səcdeyi-mehrab eləmək.

Sındırıb tövbəni mey camını sındırma, Vüqar,
Şəridə nəhy edilib tərki-meyi-nab eləmək.