Məzmuna keç

Qənbərin Valehə yazdığı məzhhəkəsi

Vikimənbə saytından
Qənbərin Valehə yazdığı məzhhəkəsi
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Göy daş ilə duz qoy ona, zəy bağla, qurum qat,

ey Valehi-məşhur,

Zəmixi göyərdi, götür tez ab ilə islat,

civə ilə məqdur.

Şura ilə şurabu piyaz, qədri də bat-bat,

bir qədr də nil ur,

Nişatırı tənbakiyə qat, anduzu qaynat,

həm sirkeyi-ənqur,

Bağla gözünün nuruna, çəkmə dəxi heyhat,

qoyma ki, ola kur.

Tiryak, iki misqal yarım suddü kən ilə,

ayranü qəra ot.

Mərguməşi əz, narın elə, həm kətən ilə,

əzvay ilə issot,

Malın ödünü rövğəni-qaratikən ilə,

mülhəq elə mərbut.

Məcmuunu yığ, cəm elə bir kasada qaynat,

qoyma daşa, savur.

Qəvamə gəlib qaynasın on yeddi müdava,

düşür yerə dər dəm,

Çəkmə dəxi göz qəmini, xof eyləmə əsla,

dürüst elə mərhəm.

Xam bezə yaxıb qədri də pambıq elə peyda,

bağla onu möhkəm,


Görməz gözün azar, qiyamət ola bərpa,

heç gəlməz ona nəm,

Görsə gözünün görməyin aləm qalı həm mat,

olmaz belə pürnur.

Qəyzanı deyim, sübhə nəhar eylə çox ayran,

arpa çörəyinən.

Narın şərabın içgilən üstən iki fincan,

yaz nüsxəsin öyrən.

Çaştə yegilən çadu qatıq, turp ilə soğan,

səhhət tapa bədən.

Şamə yegilən balıq qaxacunü dərağan,

ey arifi-pürfən.

Ömrün nə qədər var isə böylə keçir övqat,

olma dəxi rəncur.

Dünyada yemə sən dəxi ət, bal ilə vağı,

pəhriz elə pəhriz.

Ənari-şirin əmrud ilə meyvəyi-bağı,

nə yazü nə payız.

Qovun yemə, gər yandıra gözündə çırağı,

gecən ola gündüz,

Məcmu şirin şey ola gər ömrünü baqi,

ölsən, yemə hərgiz,

Göndərdi könül mürşidinə bir belə sovqat,

bir nüsxeyi-məzbur.

Sən tək təbibin gözləri azarə düşərmi,

yazdan bir ay ötmüş?

Bir göz ki, qırov olmaya gör, qarə düşərmi?

azardı bu batmış!

Korluq sənə bu vəqtdə, biçarə, düşərmi?

sinnin ola yetmiş.

Qənbər kimi gözün, aya, bir karə düşərmi? söz yerini tutmuş.

Öz nüsxən olub indi sənin özgəyü isbat,

tut sən məni mə’zur.