Qəzəl (1, Zakir)
Görünüş
Qəzəl 1 Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Bayram günüdür, zövqü səfa xanələr içrə,
Cananım oturmuş neçə cananələr içrə.
Bir hiylə ilə gizlənərəm zülf arasında,
Pünhan gedə bilsəydim əgər şanələr içrə.
Könlüm quşu pərvaz edər kuyi-nigarə,
Zahir ki, onun qisməti var danələr içrə.
Dil mülkünə göndər həşəmi-dərdü fəraqi,
Şənlik düşə ta bəlkə bu viranələr içrə.
Hicran qəminin badeyi-gülgündür əlacı,
Vazeh danışırlar bunu meyxanələr içrə.
Əzbəs ki, mənə şəfqəti var piri-müğanın,
Camım doludur gör neçə peymanələr içrə.
Ha böylə məni əql xərab eylədi, yoxsa,
Bir adəm idim əvvəli divanələr içrə.
Haşa, çəkib əl həmdəmi-dirinələrimdən,
Bir də dolanam aqilü fərzanələr içrə.
Kəm tutma rəhi-eşqdə bu Zakiri kim, var,
Yanmaqda onun şöhrəti pərvanələr içrə.