Qəzəli-Məcnun

Vikimənbə saytından
Qəzəli-Məcnun
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Ey, xoş ol günlər ki, mən həmraz idim canan ile,
Neməti-vəslin görüb, nazm çəkərdim can ilə.
Görməmişdi gülşeni-eyşim xəzani-təfriqe,
Olmamışdı tirə əyyamım şebi-hicran ile.
Mehvəşimdən, dustlar, dövran cüda istər məni,
Düşmənimdir, hiç bilmən netmişəm dövran ilə.
Yetsə ger aşiqlərin eflakə efğanı, ne sud,
Yetmək olmaz mahvəşlər vəslinə əfgan ilə.
Yaşanb saxlardım əldən daği-hicranın, əgər
Etmək olsaydı müdara dideyi-giryan ilə.
Zövqdən dibaçə bağlandı kitabi-ömrümə,
Qoymadı dövran keçə övqatım ol ünvan ilə.
Ey Füzuli, əxtəri-bəxtim müsaid olmadı
Kim, olam bir dəm müqarin ol məhi-taban ilə.