Məzmuna keç

Qadan alım (Dollu Mustafa)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qadan alım (XIX əsr)
Müəllif: Dollu Mustafa
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Seyrağıbın sözü ilə,
Dostun atan, qadan alım!
Ölüncə dönmərəm səndən,
Məni satan, qadan alım!

Bir doymadım şirin sözdən,
Öpmədim yanaxdan, üzdən,
İşarəynən, qaşnan, göznən,
Dostluq qatan, qadan alım!

Mürvət elə gəl insafa,
Sürək sənlə zövqü səfa,
Aşiqinə vermə cəfa,
Qaşı qaytan, qadan alım!

Sinən Savalanın qarı,
Məmən Gürcüstanın narı,
İtgin salıb köhnə yarı,
Əğyar tutan, qadan alım!

Tərlan köilüm qanad çalar,
Sona görsə tora salar,
Axır ki, Mustafa olar,
Sənin butan, qadan alım!