Məzmuna keç

Qadasın aldığım (Molla Cümə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qadasın aldığım
Müəllif: Molla Cümə


Yar adına mən dolanım, qız qadasın aldığım,
Açılanda fəsli-bahar, yaz qadasın aldığım,
Bu qəzəli dilnən desəm, dilim yanar kül olar,
Qoy alım əlimə telli saz, qadasın aldığım.

Qələm qaşın əyməlidi, qaynar qanım mənim,
Sən təki qədirbilənə peşkəşdi canım mənim,
Heç gözəldə gözüm yoxdu, düzü, peymanım mənim,
Gözəllikdə yoxdur sənə söz, qadasın aldığım.

Belə yardan kim inciyər, çağıranda hay verir,
Al yanaqdan zəkat çıxır, bir busə də pay verir,
Dili şirin qəndi-nabat, məməsindən mey verir,
Cuma ilə zarafata döz, qadasın aldığım.