Qadasın aldığım (gəraylı, Aşıq Nəcəf Əlimərdanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qadasın aldığım
Müəllif: Aşıq Nəcəf Əlimərdanlı
Mənbə: Seçmə aşıq şeirləri. 3 cilddə. I cild (az). DGTYB (2011). Orijinal mənbədən 2016-04-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Səhər səhər əsən yellər,
Əsmə, qadasın aldığım.
Əl mənimdir, ətək sənin,
Kəsmə, qadasın aldığım.

Səhərin əsən yelləri,
Yana dağıdır telləri,
Dəstində qızıl gülləri,
Məsmə qadasın aldığım.

Alt yanımız bağça-bağdı,
Üst yanımız qarlı dağdı,
Nəcəfin də ərki vardı,
Küsmə, qadasın aldığım.