Məzmuna keç

Qafil adam məğrur olma faniyə

Vikimənbə saytından
Qafil adam məğrur olma faniyə
Müəllif: Məğruri
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Qafil adam məğrur olma faniye,
Tutdum-tutdum desən qaçar bu dünya.
Rəhmi yoxdur, zühnü çoxdur adama,
Gecə-gündüz qanm içər bu dünya.

Nəsihətim budur, deyəm sizlərə,
İxlas ilə qulaq tutun sözlərə.
Əwəl aldab xoş söz verər bizlere,
Bir gün daşımıza keçər bu dünya.

Bir bazigar aldab ayırmaz gözdən,
Gəl indi rayindən qayıd ver tezdən.
Başından ayağa beş qara bezdən,
Bir gün sənə bir don biçer bu dünya.

Gəzdin indi qara bağnn qan edib,
Nə yığarsan dərdi-sərin kan edib,
Bir qapıdan girdim dersən can edib
Yenə bir qapını açar bu dünya.

Məğruri der: kimsəni şah eyləyib,
Kimin dərviş, kimin gəda eyləyib,
Aldab udar bizi gümrah eyləyib,
Qardaşlığa boylə naçar bu dünya.