Məzmuna keç

Qafiyə və təcnisin deyişməsi

Vikimənbə saytından
Qafiyə və təcnisin deyişməsi
Müəllif: Molla Cümə
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.

Qafiyə
Ey dörd hərfli, salamımı qəbul et,
Məndən salam bir də yara deyərsən.
Sidqi-dildən bu naməyə nəzər et,
Sonra sən də o dildara deyərsən.

Təcnis
Desən sağ ol, deməsən də nə deyim?
Desən dedin, deməsən də nə deyim?
Saxlaginən dildə desən nə deyim?
Deyər olsan vara-vara, deyəsən.

Qafiyə
Eşqin kitabından almışam dərsi,
Söylə sən avandı, söyləmə tərsi,
Nə ərəbdi, nə türküdü, nə farsi,
Oxuyuban qan işarə, deyəsən.

Təcnis
Çün arifsən işarəni qanasan,
Təhər, töhmət eyləyibən qanasan,
De yazıqdır, bais olma qana sən,
Can alandı, o xunxara deyəsən.

Qafiyə
Əlif ki, var əlif beyin başında,
O Sələfdir mahıların tuşunda,
Gər ləlisə, bədəxşanın daşında
Satılmazmı bir tüccarə deyəsən.

Təcnis
Tüccarıyam, allam ləli-Yəməni,
Haqq çıxarsın aralıqdan yamanı,
Xədənginə nişan etdi ya məni
Ciyər oldu parə-parə deyəsən.