Qala, sən qala
Jump to navigation
Jump to search
Qala, sən qala Müəllif: Şair Əbdüləzim |
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01. |
Niyə şərik çıxdın şeytan şərinə,
Nahaqdan qarışdın qala, sən qala.
Eşq atəşin saldın aşıq sərinə,
Səngisə, ətəklə, qala, sən qala.
Dindirirsən deyir: – yaxşı, – canana,
Həsrətik cahanda yaxşı canana.
Gedə yetişəsən yaxşı canana,
Əylənə yanında qalasan, qala.
Əbdüləzim keçdi qeyrət, az ardan,
Dil həsrətdi, canan gələ, a Zardan.
Hicranın qəhrindən, dərddən, azardan
Çəkdin cəsədinə qala, sən qala.