Məzmuna keç

Qaldırın uca göylərə üç rəngli bayrağımı

Vikimənbə saytından
Qaldırın uca göylərə üç rəngli bayrağımı! (1997)
Müəllif: RAUF CAVAD

Qaldırın uca göylərə üç rəngli bayrağımı!
Sancın təmiz ürəklərə üç rəngli bayrağımı!

Vətən eşqi yandırır könüllərdə sevənləri,
Cuşə gətirir azadlıq üçün döyüşənləri!
Tarix yazır Babək Xürrəmini, Cavan şirləri,
Bulaşıb al-qanına yurdumun mərd igidləri!
Edib əmanət bizlərə üç rəngli bayrağımı!

Ey Türk oğlu, Şah İsmayil tək dünyaya nur saçıl,
Qalx ayağa! Bəsdir, yetər artıq, röyadan ayıl!
Nadiri yada salıb, müqəddəs qurana sarıl,
Ana vətənimdir, din imanımdır rəngi yaşıl !
VeribYaradan sizlərə üç rəngli bayrağımı!

Əcəb dəli sevdadır yazılıb Leyli və Məcnun,
Elimin bütün şairləri, ülvi eşqə tutqun!
Aşiqin xislətidir ola rəngi-ruhu solğun!
O məhəbbətdəndir ki, şəhidlər ölümə vurğun!
Gəlin yazın könüllərə üç rəngli bayrağımı!

Rüsvay eylərəm İlahi eşqi bütün cahana!
Ana Vətənimdir O diyar, söylərəm qanana!
Qoruyun insanlığı, nemətdir Azərbaycana!
Təhvil verək bayrağı, gələcək Sahib Zamana!
Rauf bəxş edib qəlblərə üç rəngli bayrağımı!