Qaliba bir əhli-dil toprağidir dürdi-şərab
Görünüş
Qaliba bir əhli-dil toprağidir dürdi-şərab Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.64. |
Qaliba bir əhli-dil toprağidir dürdi-şərab
Kim, qılıb hörmət, binalər dutmuş üstündə hübab.
Bərqü baran sanma kim, gördükdə ahü əşkimi,
Bilməzəm nəmdir mənim, ağılar mənə, yanar səhab.
Ey soran halım, bu istiğına sualindən nə sud;
Halım eylərsən sual, əmma eşitməzsən cəvab.
Dəşti-qəmdə xaki-qəbrim üzrə sərvi-girdbad
Çəksə baş, ol sərvdən su kəsmə, ey seyli-sərab.
Yetməyib vəslinə sən Leylivəşin, bir ömrdür
Mən kimi Məcnun olub səhrayə düşmüş afitab.
Ol büt əbrusin qoyub mehrabə döndərmən üzüm,
Qoy məni, zahid, mana çox vermə Tanriçün əzab.
Nəqdi-ömrün bir sənəm eşqində sərf etdin təmam,
Ey Füzuli, ah, əgər səndən sorulsa bu hesab!