Qalmadı (Aşıq Heydər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qalmadı (Aşıq Heydər) Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Türk deyənin dilçəyini kəsdilər,
Haq deyəni tapdalayıb əzdilər,
Millətimi dərd yoluna düzdülər,
Bu ellərin bir büsatı qalmadı.
Bu dünyanın malı başa baladı,
Zalım fələk gözümüzü bağladı.
Qaxtağanlar fil yurdunu taladı,
Xan yurdunun varidatı qalmadı.
Zalım oğlu, meyl etmisən şəraba,
Söyüdlü, Mustuqlu1 qalıb xaraba.
Hanı toy büsatlı o iyirmı oba,
Kitabdan silindi, adı qalmadı.
Vicudü cismimi alıbdi vərəm,
Təpədən dırnağa kədərəm, qəməm.
Öldü qoç Koroğlu,öldü xan Kərəm,
Igidlərin bir qiymatı qalmadı.
Aşıq Heydər lal oldu, üzü gülmədi,
Zər qədrini bizim Şura bilmədi,
Yollar bağlı qaldı, gedən gəlmədi,
Ağbabanın bir baratı qalmadı.