Məzmuna keç

Qalmaya

Vikimənbə saytından
Qalmaya
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Çəkdim mən bu dərdi zimistan boyu,
Ömür xoş bahara qala, qalmaya.
Nişanlıyam, – dedin, etmədim toyu,
Qorxuram gülşənim sola, qalmaya.

Yaman olub tale gülmür üzümə,
Rüşvətim yox, baxan yoxdu sözümə.
Əyri baxır kəm adamlar üzümə,
Dərd odu ki, yar da uya, qalmaya.

Bu zəmanə bədnəzərlik zamanı,
Yoxsula, haqlıya vermir amanı.
Məmmədhüseyn düz yol-ərkan, din anı,
Tut götür qaç, bəlkə qala, qalmaya.