Qan tökən qaşları yarın mənə bir yarə vurub

Vikimənbə saytından
Qan tökən qaşları yarın mənə bir yarə vurub
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 90

Qan tökən qaşları yarın mənə bir yarə vurub,
Yarəmin qanın görüblər necə fəvvarə vurub.

Tələf olsun o gədaoğlu gədazadə, yenə,
Sənə məndən, mənə səndən danışıb, arə vurub.

Bəxtəvər başına ol aşiqi-xoşbəxtin ki,
Qədəmin yar qədəm vurduğu kandarə vurub.

Bəzmi-meyxanədə aşiq içib eşqin qədəhin,
Məst olub başın o divarə, bu divarə vurub.

Kuyi-cananə gedən mürği-könül qeyb oldu,
Sonradan sonra xəbər çıxdı ki, təyyarə vurub.