Məzmuna keç

Qanamı

Vikimənbə saytından
Qanamı
Müəllif: Aşıq Əli Şairov

Şikayətim budur: sizə yazıram,
Arif olan mətləbimi qanamı?
Dərd əlindən qəm gölündə üzürəm,
Görən deyər bu ördəkmi, sonamı?

Qan ağlar əlimdə kağızla, qələm,
Qoymur fələk gözdən yaşımı siləm.
Qorxuram ki, qürbət ellərdə öləm.
Mən görməmiş Vətənimi, Anamı.

Bəlalı sərimdən heç getmir duman,
Səni çağıran çəkərmi dad, aman?
Əli deyər, Şahı Xakı Xorasan,
Dost – Musayıf Ya Rəbb, məni anamı?!

Mənbə

[redaktə]