Məzmuna keç

Qanan kimsə edərmi zülm canlıya, insana?

Vikimənbə saytından
Qanan kimsə edərmi zülm canlıya, insana? (1994)
Müəllif: RAUF CAVAD

Aldanma hər qadın, hər kişi cildində gözə,
Hər kəs xilaf çıxar, dəyər vermədiyi sözə.

Fərqlidir qadın-kişi, görünüşdə zahirən,
Qurulub ani həyat, bir qadın, bir kişidən.

Yaradılışın ilk əsası, bəni Adəmdir,
Qadın-kişi hər ikisi, cümlə son aləmdir.

İnsan seçir yaxşı vəzifəni düşüncədə,
Qadın-kişi eynidir, fərq yoxdur vəzifədə.

Etmə zülm insana, zərif gül olan qadına,
Həyata can verir, sevgili Müqəddəs Ana.

Yaşamaq gözəldir, gözəl baxışlı insanla,
Hər çətinlikdə, həyat yoldaş olur qadınla.

Olma əzab, eşit çıxma qabından eşiyə,
Sözdə səcdə et, xalis mərd, qeyrətli kişiyə.

Sevər can, incitməz ürəyi vicdanlı kişi,
Göz bəbəyi, sevgi nazı qorumaqdır işi.

Hər kəs qadın-kişi, bir gün mütləq ki, öləcək,
Sorulan ilk sual, Kim nə etdi, deyiləcək!

Qanan kimsə edərmi zülm canlıya, insana?
Qanmazın işidir, olar pis zalım, cahana.

Həyatı sevərkən, insan o zaman canlıdır,
Qadın-kişi, hər ikisi bir can, qan, canlıdır.

Rauf, həyatın mənası olmaqdır imanlı,
Qadın-kişi, sevərkən, həyat çox həyacanlı!