Qansız, qadasız, faicəsiz, sakit, əmin gün

Vikimənbə saytından
Qansız, qadasız, faicəsiz, sakit, əmin gün
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 111

Qansız, qadasız, faciəsiz, sakit, əmin gün,
Bir möcüzə şəklində gəlib-getdi həmin gün.

Sürtür üzünü torpağa ümmidi-fərəhlə,
Tapmış necə kam almağın əntiqə çəmin gün.

Hərdən "günəş üzlüm" deyirəm mən sənə, çünki,
Xaliqdən alıb behcətin ən möhtəşəmin gün.

Zülfün üzə töksən, baxar aşiq sənə, doymaz,
İstər tamaşa eyliyə min bir gecə, min gün.

On dörd gecəlik ay kimi naz ilə xuram et,
Fəxr eyləsin öpdükcə mübarək qədəmin gün.

Qanuni-təbiət bu nizam ilə qurulmuş,
Lütfün gecə ay göstərə, gündüz kərəmin gün.

Yad et, nola bari, səni Tari, bu Vüqarı,
Lütf et, düşə ta üstünə dəftər-qələmin gün.