Qara çuxanın qaytanı

Vikimənbə saytından
Jump to navigation Jump to search
Qara çuxanın qaytanı
Müəllif: Aşıq Cəfərqulu
Aşıq Cəfərqulu 1885-ci ildə Laçın bölgəsinin Seylanlı kəndində dünyaya gəlib.
%25 tamamlandı

Qara çuxanın qaytanı,
Unutma yol-ərkanı.
Məndən sənə yar olmaz,
Öz yarını get, tanı.

Qara çuxanın cibləri,
Yırtılıbdı cibləri.
Mən sevdiyim gözəlin
O taydadı evləri.

Qara çuxanın ətəyi,
Yaxşı olmaz gödəyi.
Yarım seyrə çıxıbdı,
Ay çoban, çal tütəyi.

Qara çuxanın astarı,
Çağır gəlsin dostları.
Baxın, gələn qızların,
Can almaqdı qəsdləri.

Qara çuxanın qolları,
Örtübdü ağ əlləri.
Elə bil ki şəvədi,
Sevgilimin xalları.

Qara çuxanın yaxası,
Geyib kəndin koxası.
Yoxdu onun xəbəri,
Tökülübdü arxası.