Məzmuna keç

Qara göz (Öysüzlü Aşıq Səməd)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qara göz
Müəllif: Öysüzlü Aşıq Səməd
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

De görüm, hardan gəlirsən,
Elinə qurban, qara göz.
Birçə danış şirin-şirin,
Dilinə qurban, qara göz.

Zülflərin gərdəndən aşır,
Vəsfinə dilim dolaşır.
Sona kimi başı yaşıl,
Gölünə qurban, qara göz.

Aşıq Səməd məlul baxır,
Naz-qəmzən evimi yıxır.
Dzrayırsan, yana çıxır,
Telinə qurban, qara göz.