Qara saçların dağılıb səpiləndə yanaqlara

Vikimənbə saytından
Qara saçların dağılıb səpiləndə yanaqlara
Müəllif: Fəxri Mirzə Abbas
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010.

Qara saçların dağılıb səpiləndə yanaqlara,
Deyəsən buludlar örtür ay üzünü ara-sıra.
Soruşdum neyçün belə pərişan olmuşdur zülflərin,
Dedi: Həbəş sultanı qoşun çəkmişdir saçlara.