Qaradağ xanına
Görünüş
Qaradağ xanına Müəllif: Mir Möhsün Nəvvab |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Otuz dəfə dad etmişəm sənə mən
Zahidlərə uymagilən ağa, sən.
Yüz il eyləş hüzurunda zahidin,
Görəcəksən onda derdə dəva sen?
Dəva bilsə keçəl başma eylər,
Cənabına bulma zəhmət rəva sən.
Yüz il sənə vədə verə inanma,
Politkadır saf bilginən hava sən.
Nəwabdan qəbul qıl nəsihət
Ta görəsən dərdlərinə səfa sən.