Qaradağlılar/Bürhanəddin xəlifə
←Bayandur sultan | Qaradağlılar. Bürhanəddin xəlifə Müəllif: Ənvər Çingizoğlu |
Dizmar mahalı→ |
Bürhanəddin xəlifə Ilyas xəlifənin oğludur. Dizmar mahalının Düzal kəndində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili görmüşdü.
Bürhanəddin xəlifə atası yaralanarkən bayırda biş-düş edənlərə nəzarət edirdi. Atasının ağır yaralandığını eşidib qohum-qəbiləsi, mülazimləri ilə çadıra qaçdı. Atasını qan içində görüb qəzəbləndi. Qılıncını çəkib qonaqları doğradı…
Bürhanəddin xəlifə hicri-qəməri 1019-cu ildə (1610/1611) 1 Şah Abbas Səfəvinin fərmanı ilə Dizmar və Üzümdil mahallarının xəlifəsi təyin olundu. Dədə-baba mülklərini tiyul və soyurqal kimi əlində cəmlədi.
Tarixçi Iskəndər bəy Türkman Münşi Bürhanəddin xəlifəni Qaradağ hakimi kimi göstərir. (Iskəndər bəy Münşi, Tarixi-aləm-arayi-Abbasi, 2-ci cild, Tehran, 1320 (hicri), səh.580.)
Bürhanəddin xəlifənin Şəmsəddin xəlifə adlı oğlu vardı.