Qaradağlılar/Sofulu oymağı

Vikimənbə saytından
Sivas vilayəti Qaradağlılar. Sofulu oymağı
Müəllif: Ənvər Çingizoğlu
Soyun kökü:Ustaclı el


Ustaclı elinin oymaqlarından biri də Sofuludur. Sofulu oymağının bir hissəsi Çuxur Səd əyalətində, bir hissəsi Azərbaycanda məskunlaşmışdı. Çuxur Səd əyalətində dövran sürən sofuluların bir hissəsi sonralar Kəngərli oymağına birləşərək el yaratdılar. Sofulu oymağının ünlü əmirlərindən biri Əhməd bəydir. 1499-cu ildə Şah Ismayıla qoşulan ilk sufilərdən idi. I Şah Ismayılın hakimiyyətinin ilk illərindən 1529-cu ilə qədər Kerman hakimi olmuşdu. Əhməd bəy sonra Van qalasının kutvalı (komendantı) təyin edilmişdi. Fərhad paşanın yanına elçi getmişdi. Şahdan öncə sultan, sonra xan ünvanı almışdı. Sofulu oymağının tanınmış nümayəndələrindən biri də Mahmud bəydir. Mahmud bəy I Şah Təhmasibdən öncə sultan, sonra xan ünvanı almışdı. Turşiz vilayətinə hakim təyin edilmişdi. Mahmud xanın Əlixan bəy adlı oğlu vardı. Əlixan bəy şahdan sultan ünvanı almışdı. Əlixan bəyin adı ilə bağlı Əlixanbəyli və ya Əlixanlı (Alıxanlı) oymağı var.