Məzmuna keç

Qaragilə

Vikimənbə saytından
Qaragilə
Müəllif: Şifahi xalq ədəbiyyatı


Gəlmişəm otağına, oyadam səni, qaragiləm, oyadam səni.
Nə gözəl xəlq eyləyib yaradan səni, qaragiləm, yaradan səni.
Götürüb mən qaçaram aradan səni, qaragiləm, aradan səni.
Qızıl gül əsdi, səbrimi kəsdi,
Sil gözün yaşın, qaragiləm. Ağlama, bəsdi.

Təbrizin küçələri dolanbadolan, qaragiləm, dolanbadolan.
Sən ki məni sevmədin, get ayrı dolan, qaragiləm, get ayrı dolan.
Nə mənə qız qəhətdir, nə sənə oğlan, qaragiləm, nə sənə oğlan.
Ağac olaydım, yolda duraydım,
Sən gələn yollara, qaragiləm, kölgə salaydım.