Qaranın vəsfi
Görünüş
Qaranın vəsfi Müəllif: Qara Kərim |
Sən mənə qara de, mən sənə timsal,
Görəydim xətirin razı olarmı?!
Ağ süd ağ kağıza əncam eyləməz,
Qara mürəkkəbsiz yazı olarmı?!
Ay da gedir düşür qara buluda,
Siyah torpaq ayrı deyil ki suda,
Xəbərdar olasan bu giyti-guyda1
Onun bir-birinə nazı olarmı?!
O adam namərddi bəhməz yemiyə,
Kişmiş qara şeydi adın demiyə,
Yüz neməti qoyar olsan nemiyə,2
Nemətlərin bir şahbazı olarmı?!
Ağ pust3 yaxşı olar, qara buxara?!
Qırmızı çarğata çalmeyi-qara.
Kərim deyər həqiqəti sən ara
Doğrunu bilməyən qazı olarmı?!