Qardaş (Aşıq Nəcəf)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qardaş Müəllif: Aşıq Nəcəf Daşkəndli |
Ağız vermə, qurumsağa, sarsağa,
Aldığı nəfəs də yalandı, qardaş.
Həyasız qadınlar naməhrəm olar,
Keçmə ətrafına ilandı, qardaş.
Yaltağın ürəyi dumandı, sisdi,
Paxılın ürəyi qurumdu, hisdi.
Aşığın dıydığı lotudan pisdi,
Mollanın dıydığı şeytandı, qardaş.
Eliynən ağlayıb əgər gülürsə,
Haqqın ayağına əgər gəlirsə.
Yaxşını yamandan seçə bilirsə,
Deməli Nəcəf tək insandı, qardaş.
Mənbə
[redaktə]- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.18