Məzmuna keç

Qardaş (Güllər Pərisi)

Vikimənbə saytından
Qardaş
Müəllif: Güllər Pərisi
%0 tamamlandı

Qarsa tərəf baxıb-baxıb ağlaram,
Vurulub köksümə yaralar, qardaş!
Sinəm üstün çalın-çarpaz dağlaram,
Dolanır könlümdə haralar, qardaş?

Eşqin badəsini yaman içibsən,
Dərd əlindən türk elinə qaçıbsan,
Qohumdan-qardaşdan niyə keçibsən?
Divan işə baxıb aralar, qardaş!

Qəlbim qövr eyləyir köhnə yaradan,
Çox keçməz, çıxarsan qorxu-qaradan,
Sıra dağlar çəkilsəydi aradan,
Görünərdi gözümə oralar, qardaş!

Pəriyəm, dərdinə dözə bilmirəm,
Savadım çatmayır, yaza bilmirəm,
Sənsiz bu dünyada gəzə bilmirəm,
Gəlməsən bacılar saralar, qardaş!