Qardaş Abdulla

Vikimənbə saytından
Qardaş Abdulla
Müəllif: Məxdumqulu Fəraqi

Sən gedəndən doqquz ildir ötəni,
Harda vətən tutdun, qardaş Abdulla?
Heç gəlməzmi bir insanın gedəni,
Harda vətən tutdun, qardaş Abdulla?

Üstümüzə hicran odu səpildi,
Evimizə kədər-qüssə təpildi,
Qan ağlar, atamın beli büküldü,
Harda vətən tutdun, qardaş Abdulla?