Qatarından ayrı düşmüş dəli bir həvalı durna

Vikimənbə saytından
Qatarından ayrı düşmüş dəli bir həvalı durna
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 76

Qatarından ayrı düşmüş dəli bir həvalı durna,
Nə qərib-qərib baxırsan, ürəyi yaralı durna.

Yenə gəldi mahi-matəm, yenə başladı Muhərrəm,
Geyinib əza libasın yenə Kərbəlalı durna.

İki körpəcik balan var, vətənin, yerin, yuvan var,
Səni gözləyənlərin var, qayıt, ey vəfalı durna.

Duruşun bir ayrı dünya, baxışın bir ayrı dünya,
Necə yarə bənzəyirsən, necə, ey həyalı durna.

Sənə Kəbədən gələnlər təvaf eyləyən görüblər,
Qədəmin mübarək olsun, əzəmətli, ali durna.

Elə şövq ilə gedirsən, bilinir məhəbbətin var,
Sənə göstərər nigarın o günəş camalı, durna.