Məzmuna keç

Qayıtdı (Aşıq Hüseyn Bozalqanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qayıtdı
Müəllif: Aşıq Hüseyn Bozalqanlı
Mənbə: "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2012. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18.

Bir Sona sallandı çıxdı xanadan,
Süzdü, oylağına dəydi, qayıtdı.
Axtardı Səyyadın, bula bilmədi,
Gördüm ki, pərişan oldu, qayıtdı.

Gecənin nisfində yatan çağında,
Sevgilər ixtilat qatan çağında,
Maral bərəsinə çatan çağında,
Yad ovçudan o, xof aldı qayıtdı.

Baxdım bu gəlməyin qeyri-qəsdi var,
Bəzəyin, ziynətin şövqi-şəsti var,
Anladım dilbərin yəqin dostu var,
Arif eyhamından bildi qayıtdı.

Ağlibas, ağ bədən, bir məhcəmaldı,
Hürüdü, pəridi, mələk misaldı,
Mürğ-ruhum uçdu, rəngim saraldı,
Ağlımı başımdan aldı qayıtdı.

Dostumu nəfsimə sata bilmədim,
Atdım müjgan oxun, ata bilmədim,
Ha yüyürdüm, daldan çata bilmədim,
Hüseynə çəngəlin çaldı qayıtdı.

Mənbə

[redaktə]
  • Aşıq şerindən seçmələr. Bakı, Gənclik, 1984. səh.95