Məzmuna keç

Qayıtdı (Abdulla Padarlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qayıtdı
Müəllif: Abdulla Padarlı
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Bir nazənin huri, mələk simalı,
Gəldi, məni gördü, güldü, qayıtdı.
Punhani göstərib gül yanağını,
Tər üzünə şəbnəm doldu qayıtdı.

Vəsf eyləmək olmaz xəttü-xalmı,
Soruşmadı şikəstənin halmı,
Nagahan göstərdi gül camalını,
Biçarənin canm aldı qayıtdı.

Mən görmüşəm gözəllərin çoxunu,
Belə olmaz amma boyu, buxunu,
Müjganmdan çəkdi xədəng oxunu,
Yaralı canıma çaldı, qayıtdı.

Gözləri ki, gözlərimə yetişdi,
Mürdə cismim eşq oduna tutuşdu,
Şahirahdan qıya baxdı, ötüşdü,
Yollarında gözüm qaldı, qayıtdı.

Biçarə Abdullah, gəşt etdi bağı,
Zülmətlərin nuru, aləm çırağı,
Çaharşənbə günü, ilkindi çağı,
Gəldi, səni dərdə saldı, qayıtdı.