Qazamat dalını dələsən Nəbi
Qazamat dalını dələsən Nəbi Müəllif: Qaçaq Nəbi dastanı |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Qazamat istidi yata bilmirem,
Düşmənim güclüdü, bata bilmirem,
Ayaqda qandalaq qaça bilmirem,
Mənim bu günümde gələsən Nəbi,
Qazamat dalını dələsən Nebi!
Qazamat istidi, ağrayır başım,
Axır gecə-gündüz qanlı göz yaşım,
Olubdu daş divar mənim sirdaşım,
Menim bu günümdə gələsən Nəbi,
Qazamat dalını dələsən Nebi!
Mən gələndə şamamalar gül idi,
Dörd yanımı atlı düşmen bürüdü,
Yazıq canım qazamatda çürüdü,
Mənim bu günümdə geləsən Nebi,
Zalımlar elindən alasan Nebi!
Yorğanım ədyaldı, döşəyim həsir,
Nəçənnik gələndə ürayim əsir,
Silistçi dindirir, prokuror kəsir,
Mənim bu günümdə gələsən Nəbi,
Qazamat dalını dələsən Nəbi!
Nəbinin yolunu düşmən bağladı,
Həcər xanım yarım deyib ağladı,
Düşmən qazamatda məni saxladı,
Mənim_ bu günümdə gələsən Nəbi,
Qazamät dalını dələsən Nəbi!
Həcər xanım, sözün gəldi avaza,
Bir kimsə tapılmır dərdimi yaza,
Bir cüt iyidim qərq olubdu Araza,
Mənim bu günümdə gələsən Nəbi,
Qazamat dalım dələsən Nəbi!
Tellərim tökülüb, üzüm laladı,
Qaşlanm qaradı, gözüm aladı,
Yan-yöram düşməndi, yerim qaladı,
Mənim bu günümdə gələsən Nəbi,
Düşmənin əlindən alasan Nəbi!
Döşəyim kərpicdi, yasdığım saman,
Yorğamm həsirdi, üşüdüm aman,
Hər təraf hasardı, hər təraf duman,
Mənim bu günümdə gələsən Nəbi,
Zalımlar əlindən alasan Nəbi!
Gorusun qaşında qopubdu sazaq,
Düzülüb qarovul, saldatdı, qazaq,
Nəçənnik qoymayır bir kağız yazaq,
Mənim bu günümdə gələsən Nəbi,
Yağılar əlindən alasan Nəbi!