Məzmuna keç

Qeyri söz doğmalaşıb, sözün gözəli Allahdı

Vikimənbə saytından
Qeyri söz doğmalaşıb, sözün gözəli Allahdı (1995)
Müəllif: RAUF CAVAD

Söz canlı məxluq kimi Sahibi Vəli Allahdı!
Qanan varsa Hikməti, Arif qəzəli Allahdı!

İnsan dili açıb ilk hansı sözə Sahib çıxar?
Varmı, indi gövhər qanan!? Eşitməli Allahdı!

Nəsimi söylədi tək Rəbbimdi Əli, ərəbcə,
Ərəb dedi, kafir bu Füzuli, Əli Allahdı!?

Söylədi Füzuli türkə, ucadı qəlbdə Rəbbim,
Əli türkcə Uca! Yəni Həqq əməli Allahdı!

Guya qanır-danışır kafir nədi cinni-şeytan,
Bilir-bilmir? Tanrı, tək türkün məsəli Allahdı!

Nadan bilməz zər qədrini, görər sehr söz Hikməti,
Nədi şeytan? Azıb yolu? Tək, deməli Allahdı!

Bəyənmir keçmişini cahil fəqət tutur irad,
Dilini öyrətmir düzə, öyünməli Allahdı!
 
Cahil zənni bənzəyir bizim kənddəki eşşəyə,
Sanır, qonşumuz Ədalət əmi, əli Allahdı!

Gör kimdi imam Əli, doğulub insandı Vəli,
Qəlbdə ucalıb, doğmayan Əli vəli Allahdı!

Nə qədər yad söz var bu türk dilimizdə İlahi,
Qeyri söz doğmalaşıb, sözün gözəli Allahdı!

Söz insana şərəfdi, qanmayan kəs, yəni tirdi!?
Var saysada yox özünü, var bilməli Allahdı!

Bəzəyib dünyamızı söz, dili verənə şükür,
Dili ünsiyyət yaradan, möcüzəli Allahdı!

Etmə küfr düz sözə, çün zərərin çoxalıb artar,
Ziyan küfrü yaradar, şükür etməli Allahdı!

Sev ibadəti, itaət edən söz xoş əməldi,
Neməti gör dil-ağızda, yaz, sevməli Allahdı!

Söz Raufa kimlikdi, əməl etməyən Əbləhdi!
Tək Yaradandı, varı yoxdan, əzəli Allahdı!