Qiyamədəndir
Görünüş
Qiyamədəndir Müəllif: Dirili Qurbani |
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05. |
Gah gedirəm, gah gəlirəm bu dama,
Yar, mənim gəldiyim qiyamədəndir.
Yolunu gözlərəm sübhdən şama,
Yar, mənim gəldiyim qiyamədəndir.
Hatəm bağçasında dumandı yolum,
Həsrətin çəkməkdən nazildi belim,
Bir sərv ağacına söykədim belim,
Yar, mənim gəldiyim qiyamədəndir.
Qurbani der: Yarım xasə, dil xasə,
Səni gördüm, mən də gəldim həvəsə,
Üzünü görməsəm, bataram yasə,
Yar, mənim gəldiyim qiyamədəndir.