Qiyamətdə haqq yanında peyğəmbərdən savayı

Vikimənbə saytından
Qiyamətdə haqq yanında peyğəmbərdən savayı
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: M.Mübariz
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004.

Qiyamətdə haqq yanında peyğəmbərdən savayı,
İkinci bir şəfaətcim var'sa, odur Şafei*.
Tale məni tərk edərsə, bu uğursuz həyatda,
Gözlərini yerə dikməz, kömək edər Rafei.