Qoşuldu

Vikimənbə saytından
Qoşuldu
Müəllif: Molla Cümə
Mənbə: Paşa Əfəndiyev (2017). Molla Cümə (həyatı və yaradıcılığı) (az). "Ləman nəşriyyat poliqrafiya". Yoxlanılıb 2018-08-31.

Yenə dərdim həddən aşdı,
Canım odlara qoşuldu.
Bağrı nəmli, gözü yaşlı,
Adım, adlara qoşuldu.

Şad könlümə su bağlandı,
Ciyərim çarpaz dağlandı.
İsmi-pünhan sığallandı,
Gedib yadlara qoşuldu.

Molla Cuma dərd yığnağı,
Gövdəsi hicran ağnağı,
Sər dəhanın boğanağı,
Qalxıb badlara qoşuldu.