Qolların boynuma sal, qadan alım
Görünüş
Qolların boynuma sal, qadan alım Müəllif: Portal:Şifahi xalq ədəbiyyatı |
Bir quş itirmişəm qanadı sarı,
Durum xəbər alım bivəfa yarı,
Üz çevirdim yenə vətənə sarı.
Dolan pəncərədən, gəl qadan alım,
Qolların boynuma sal, qadan alım!
Bir quş itirmişəm nişanbənişan,
Boynu yaşıl qanadları zərnişan,
Hər yada düşəndə ollam pərişan,
Dolan pəncərədən, gəl qadan alım,
Qolların boynuma sal, qadan alım!
Səhər şəbnəm olar, qız gəzər bağı,
Dərər şamamanı, sındırar tağı,
Al Şiraz arxalıq, gümüş belbağı,
Dolan pəncərədən, gəl qadan alım,
Qolların boynuma sal, qadan alım!
Yerini salmışam yuxarı başdan,
Əyilib öpəydim o qara qaşdan,
Yarın ixtilatı gəlir o başdan,
Dolan pəncərədən, gəl qadan alım,
Qolların boynuma sal, qadan alım!
Xarici keçidlər
[redaktə]- Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.