Məzmuna keç

Qoymadi rahət olum bir dəm dili-şeyda məni

Vikimənbə saytından
Qoymadi rahət olum bir dəm dili-şeyda məni
Müəllif: Ağadadaş Sürəyya
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Qoymadi rahət olum bir dəm dili-şeyda məni,
Eytədi axir fəzayä-eşqdə rüsva məni.

Tazədən bir Leylivəş zülfünə bənd etdim könül,
Aqibət Məcnuni-dəşt etdi əcəb sevda məni.

Qaşlarm tağın qoyub mehrabı tutdum qibləgah,
Məsti-layəqəl edib bəs ol gözü şəhla məni.

Qətlimi gah qaşın istər qıla, gahi gözlərin,
Vadiyi-eşq içrə görmüşlər məgər tənha məni?

Ey Sürəyya, atəşin rüxsar ilən gördükdə xalq
Yazdılar pərvanədən yanmaqda bipərva məni.