Qoyun yuyulma
Qoyun yuyulma Müəllif: Hacı Kərim Sanılı |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bol fəsəli yağlandı,
Süfrələrə bağlandı.
Sürüləri yüməyə,
Fəsəlini yeməyə
Getdi bütün cahıllar,
Evdə qaldı ahıllar.
Cumpuzlardan basdılar,
Dərin yüyəd kəsdilər.
Keçiləri böldülər,
Qoyunu gölə sürdülər.
Qaldırdılar fışqırtı,
Tüfəngatma, çığırtı.
Birin tutub qolundan,
Öyəşləyib dalından,
Çoban gölə tulladı,
Qoyunlan urladı.
Bu qoyunun dalmca,
Birisi qalmayınca
Sürü bütün sığandı,
Batdı suya, islandı.
Sadırlan yüyüldü,
Çirki, pası töküldü.
Gün dəydi, qızındılar,
Çıxdılar çırpmdılar.
Yunlan pardaqlandı,
İpək kimi sallandı.
Ondan sonra çobanlar-
Cahıllar, beyniqanlar
İtələyib bir-birin,
Batırdılar özlərin.
Patavalı, papaqlı,
Başlı, gözlü, ayaqlı,
Süzələnmiş çıxdılar,
Paltarlann sıxdılar,
Yüyədçilər - zirçiklər,
Uşaqlar, həm böyüklər.
Ala iti tutdular,
Onu da gölə atdılar.
Qaqqıldaşıb güldülər,
Qayıdıb evə gəldilər.