Quşa dönən arvad
Görünüş
Rəvayətlər. Quşa dönən arvad Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir avradın Yusif adında bir oğlu var imiş. Bir gün avrad bı Yusifi
çimizdirir. Çimənnən sora oğlan su isdiyir. Anası vermir. Uşax ağlıyır,
özün öldürür, ancax anası su vermir ki, çimmisən, naxoşdarsan.
Axırda avrat görür ki, uşax dözə bilmir, gedir su gətirməyə. Ancax
avrad gələnə kimi uşaq ölür.
Avrad bını gəlip görəndə özünü didip-tökür. Allaha yalvarır ki,
Allah, məni quş elə.
Allah onu quş eliyir. Bu quş başdıyır oxuyur. Həmmişə də oxuyanda
deyir: “Yusif, dur su iç!”