Qucaqla bağrına sıx candan məni, coş Xəzər

Vikimənbə saytından
Qucaqla bağrına sıx candan məni, coş Xəzər (1995)
Müəllif: RAUF CAVAD

Ver yeyim o şirin narı, gözüm qaldı Dilbər,
Söhbəti söz -nazına, canım qurban Dilavər.

Yandırır baxışın qəlbimi, Xəyalən məni,
Od tutur sinəmi, məhəbbətin şirin-şəkər.

Can xəstə halə düşüb, Yusifin dərdi-hali,
Qəlbi dolub qəm, yoxdur dərman nərdədir Gövhər!?

Yarəyə çarə, dəva-dərman dözüm-səbirdi,
Məlhəmi bulmaq çətin, gəl-gör! Qəribdi dərdlər!

Bir çarə qıl xoş nəzərinlə ey Yar! Gör məni!
Xəstə ikən can, yarəmə Mehman ol, et nəzər!

Al məni ağuşuna alov tək sarı məni,
Qucaqla bağrına sıx candan məni, coş Xəzər!

Çəməndə ahü zar eylər bülbül, can həsrəti,
Bağçada bulmaz gülü-nazı, halı dərd-qəhər.

Bülbülün ahı bürüyər büsbütün aləmi,
Fəğan eylər Məcnun, dərdi Leyla, şirin kədər.

Aşiq arar hər yerdə Məşuqunu çün dəli,
Zülfü-teli geyib qarə, gözləri naz süzər.

Bəzənib qızıl güllər, geyib qırmızı rəngi,
Sevgi dəli -divanə, qırmızı rəngi gözlər.

Ah çəkən qəlbimin, gözlərimin qəm xanəsi,
Fikri Xəyaləm, zikri Zamanəm, gəl xoş xəbər!

Rauf sözü hər mənada of-uf yanır qəlbi,
Pərvanə qanad çalıb uçmaq istər hər səhər!