Qulaməli xan Qacarın Əhməd xan Dünbiliyə məktubu
Qulaməli xan Qacarın Xoy xanı Əhməd xan Dünbiliyə məktubu Müəllif: Qulaməli xan Qacar |
Mənbə: Elçin Qarayev. Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında) (PDF). Bakı: "Mütərcim". 2016. səh.87–88. |
Sizin hörmətli qulamınız vasitəsilə göndərdiyiniz məktubu aldıq… Dövləti ələ aldığım ilk günlərdən vilayətdə sakin olan bir sıra fəsad adamlar, bir dəstə üsyançı mənim cavanlığımdan istifadə edərək hərc-mərclik odunu şölələndirmişlər və bütün gücləri ilə bizim hökmranlığa son qoymağa çalışırdılar. Onlar siz böyük hökmdara xəbər çatana kimi təcili olaraq öz işlərini görmək və məqsədlərinə çatmaq niyyətində idilər. Allahtəalanın mərhəməti ilə onlar öz niyyətlərinə nail ola bilmədilər. Darmadağın edilərək geri çəkilməyə məcbur oldular. İrsi nurani xanlıq hökmranlığına qarşı göstərilən səylər nəticə vermədi. Buna baxmayaraq, ölkədə əminamanlıq hələ də istənilən qədər bərpa edilməmiş və istiqlaliyyət sütunları lazımınca möhkəmləndirilməmişdir. O, səmimi, mehriban xandan bu səmimini özünün xanlıq övladlarından biri hesab etməsini, ölkəmizin əmin-amanlığının bərpasına kömək göstərməsini xahiş edirik. Qoy xainlərin ayağı altında tapdalanan bu ölkəyə sizin köməyiniz nəticəsində asayiş və sakitlik qaytarılsın. Bu səmimini yaddan çıxarmayacağınıza, kömək və yardım etməyinizə ümid edirik.