Quleybanı

Vikimənbə saytından
Rəvayətlər. Quleybanı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Quleybanı həmməşə arvat cildində olur. Özü də uşaxları çox sevir. Bir əvdə gecə yarısı uşax ağlayırmış. Kişi oyanır, arvadın da durğuzur ki, get uşağı sakitləşdir. Arvat durmax istiyəndə görür ki, uşax səsin kəsdi. Ərinir ta getməyə, deyir ki, yatdı uşax. Bir az keçənnən sora görüllər ki, uşax elə gülür, elə gülür ki, az qalır qəşş eləsin. Kişiynən arvat tez durup keçillər uşağın yanına ki, görsünnər nolup? Baxıllar ki, quleybanı min oyunnan çıxıp uşağı güldürür. Quleybanı bınnarı görəndə tez çıxıp gedir.

Mənbə[redaktə]