Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/İXLAS SURƏSİ

Vikimənbə saytından
Quran. İXLAS SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(dörd ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 De: "O, Allah vahiddir.

2 Allah (heç kimə, heç nəyə) möhtac olmayandır.

3 Nə doğub, nə doğulub [nə övladı olub, nə də özü bir kəsə övlad olub].

4 nə də bir kəs Ona tay olubdur!"